Bakıda əyləncə proqramı ləğv edildi - Helikopter qəzası səbəbindən

11:38 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. Bu axşam Bakıda açılışı baş tutacaq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında planlaşdırılmış əyləncə proqramı ləğv olunub.

ABC.AZ-ın məlumatına görə, sözügedən qərar ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olması ilə əlaqədar verilib.

“Açılışda heç bir musiqi olmayacaq, böyüklər və uşaqlar üçün planlaşdırılmış əyləncə proqramı isə təxirə salınır”, - deyə təşkilatçılar paylaşımda qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər