Əmlak icarəyə götürən sahibkarlara dəstək olunacaq? - Təklif

12:02 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. Vergi Məcəlləsinə təklif olunmuş dəyişikliklərdən biri əmlak icarəyə götürən sahibkarlara dəstəyin verilməsi ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, təklifə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə götürən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi əsas vəsaiti icarəyə götürdüyü və balansda uçota almadığı halda, həmin əsas vəsait üzrə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır.

Eyni zamanda, icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə, həmin əsas vəsait üzrə çəkilən təmir xərcləri icarə haqqı şəklində gəlirdən çıxılan xərclərə aid edilir.

 

Bütün xəbərlər