“Aztikintiyol” MMC məhkəməyə verilib

14:19 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. “Azsığorta” ASC “Aztikintiyol” MMC-ni məhkəməyə verib.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, iddiaya səbəb sığorta müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Səbinə Nuriyevadır.

Xatırladaq ki, “Aztikintiyol” 2010-cu ildə yaradılıb, “Azsığorta”nın daxil olduğu “Gilan Holdinq” MMC-yə yaxınlığı ilə seçilir. Şirkətə İran vətəndaşı Mənuçehr Əhədpur Xangah Əli oğlu rəhbərlik edir.

 

Bütün xəbərlər