Cari ildə qeyri-neft sektorunda ən çox ixrac edilən malların siyahısı açıqlanıb

01.12.2021,14:29


1 dekabr, Fineko/abc.az. Bu il qeyri-neft sektorunda ən çox ixrac edilən malların siyahısı açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında qeyd edilir.

Xəbər verilir ki, cari ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (166,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (130 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.