Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

01.12.2021,14:45


1 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 447 milyon 460 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Qeyd olunur  ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 351 milyon 947 min dollar çoxdur.

Cari ilin on ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 272 milyon 494 min dollar olub.