“Zaqatala Fındıq” və “Salyan broyler” hərraca çıxarılır

14:51 - 1.12.2021


1 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 21-də və 28-də özəlləşdirmə hərracları təşkil edəcək.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, 1-ci hərraca 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmi, 2-ci hərraca isə 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında arasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid olan müəssisələr - “Bakavtoservis”, “Zaqatala Fındıq”, “Salyan broyler” var. Onların səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3oQSGdk)

Bütün xəbərlər