Böyük şirkətin böyük rebrendinqi - Foto

01.12.2021,15:47


1 dekabr, Fineko/abc.az. Azərbaycanda uzun zamandır fəaliyyət göstərən şirkətlərdən biri "Nobel oil" rebrendinq etdiyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu münasibətlə keçirilən təqdimat mərasimində şirkət rəsmiləri yeniliyin səbəbini və məqsədindən danışıblar.

Şirkət nümayəndələri bu addımı dünyada baş verən proseslərdən kənarda qalmamaq və dəyişən beynəlxalq aləmə daha cəld ayaquydurmaq məqsədi ilə atdıqlarını bildiriblər.

Tədbirdə çıxış edənlər "Nobel Oil"in keçdiyi inkişaf yolundan danışaraq şirkətə gələcəkdə uğurlar arzulayıblar. Tədbirdə həmçinin şirkətin yeni saytı da təqdim olunub və yenilənmiş internet resursu barədə hazırlanmış çarx da nümayiş etdirilib. Loqosu ilə yanaşı adı da dəyişən şirkət bundan sonra "Nobel Energy" adalanacaq. Təqdimatda şirkətlə əməkdaşlıq edən böyük kompaniyaların rəsmiləri də iştirak edib. Onlar da  rebrendinq münasibəti ilə "Nobel Energy" rəhbərliyini təbrik edib və uğurlar arzulayıblar.

Müəllif: Elmir Murad