Azərbaycan Mərkəzi Bankı qısamüddətli notlar yerləşdirdi

11:13 - 19.04.2018


19 aprel, Fineko/abc.az. Dünən Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notlar yerləşdirdi.

Bakı Fond Birjası xəbər verir ki, aprelin 18-də  hərracda AMB  50101567S ISIN-li notlar satıb.

Notlar 250 milyon manat məbləğində, 28 gün müddətinə təklif edilmişdir.

17 investordan  718947,9  min manat məbləğinə 22 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

AMB-in qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə notlar 250 milyon manat məbləğində yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 16 may 2018-ci il.

 

Bütün xəbərlər