Prezident qəbul keçirib - İlham Əliyev türkiyəli qonaqla görüşüb

02.12.2021,10:43


2 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

ABC.AZ xəbər verir ki, Erol Özvar Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olundu.

Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.