Bankların verdiyi kreditlərin həcmi açıqlanıb

11:44 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə banklar tərəfindən verilən kredit həcmi yenidən böyüdü.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın bildiridiyinə görə, 1 noyabr 2021-ci il tarixinə fərdi sahibkarlara verilən kreditin həcmi tarixi maksimum yeniləyərək 1 milyard 323.7 milyon manata çatıb.

Bu son bir ayda 61.2 mln. manat və ya 4.85% artım dinamikasıdır.

İllik müqayisədə isə fərdi sahibkarların kredit portfeli 516.7 mln. manat və ya 64.03% artıb.

 

Bütün xəbərlər