Telefonlarınızın orijinallığını belə yoxlaya bilərsiniz - Yenilik

14:15 - 2.12.2021


2 dekabr, Fineko/abc.az. Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sisteminin imei.az saytı üzərindən istifadəçilər üçün telefonların orijinallığını yoxlamaq imkanı yaradılıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunun üçün mobil telefonda *#06# qısa kodunu yığaraq cihazın IMEI kodunu dəqiqləşdirmək, daha sonra isə həmin kodu imei.az saytında “IMEI nömrəsini daxil edin” bölməsinə yazıb “yoxla” düyməsini sıxmaq lazımdır. Prosesi ardıcıllıqla yerinə yetirəndən sonra ekranda qısa bildiriş mətni əks olunur.

Bu mətndə daxil edilən IMEI kodun saxta olub, olmadığı və həmin IMEI üzərində görünən cihaza qarşı hansısa məhdudiyyət varsa, bununla bağlı məlumat verilir.

 

Bütün xəbərlər