“SOCAR Petroleum”da yeni təyinat - Direktor dəyişdi

02.12.2021,14:57


2 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifə Rövşən İmran oğlu Həsənova həvalə edilib.

O, bu vəzifədə Toğrul Cavad oğlu Seyidovu əvəzləyib.

Faktı “SOCAR Petroleum” QSC-dən təsdiqləyiblər.

Qeyd edək ki, Rövşən Həsənov “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.