"Tesla" uşaqlar üçün elektromobil istehsal edəcək

10:44 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. İlon Maskın “Tesla” şirkəti indi də uşaqlar üçün elektromobil istehsalına başlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkər 8 yaşdan yuxarı uşaqlar üçün 1900 dollara “Cyberquad for Kids” elektromobil istehsal edəcək.

Onun tədarükün yaxın 2-4 həftə ərzində başlayacağı planlaşdırılır. Şirkət xəbərdarlıq edib ki, bayram günlərində müəyyən gecikmələr ola bilər.

Müəllif: Elmir Murad


Bütün xəbərlər