“Samsung” ən ucuz modelini təqdim etdi

11:03 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” daha bir modelinə təqdimat keçirib.

ABC.AZ xəbər verir ki, təqdimatda ən ucuz 5G smartfonu nümayiş etdirilib.

Bu model “Galaxy A13 5G” adını alıb. O, “MediaTek Dimensity 700 5G” prosessoru, 6.5 düymlük IPS-displey, 5 MP ön və 50 MP + 2 MP + 2 MP arxa kameralarla ilə təchiz edilib. “Galaxy A13 5G” modelinin operativ yaddaşı 4 GB, daxili yaddaşı isə 64 GB təşkil edir. Bununla yanaşı, cihaz 1 TB-dək “microSD” dəstəkləyir. Smartfon “Android 11” əməliyyat sistemi və “One UI” interfeysini alıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər