Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzlərə ştrix kodlar - Tətbiq Oluna Bilər

11:28 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. "Rosselxoznadzor" Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) iki ölkənin fitosanitar xidmətlərinin informasiya sistemlərini birləşdirərkən meyvə-tərəvəz qablarının etiketlənməsi zamanı GS1 ştrix kodlaşdırma standartlarına keçməyi təklif edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu kodlaşdırma ilə bağlamaya ştrix-kod tətbiq edilir, onu oxuyarkən yük haqqında əsas məlumatları, xüsusən də onun istehsalçısı, istehsal tarixi və bir sıra digər məlumatları əldə etmək üçün imkan yaranır.

 

Bütün xəbərlər