Avtomobil nömrələrinin verilməsinə görə rüsumlar qaldırıldı - Qiymətlər

12:26 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar dəyişir.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlar aşağıdakı kimi artırılır:

- 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün:

- müxtəlif seriya - 1500 manatdan 2000 manata;

- eyni seriya - 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 –

- müxtəlif seriya: 1000 manatdan 1500 manata,

- eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 –

- müxtəlif seriya: 500 manatdan 1000 manata,

- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

 

Bütün xəbərlər