Daha bir dövlət müəssisəsi özəlləşdirilməyə çıxarılır

14:26 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. “Sumqayıt Tikinti Xidmət” ASC-nin səhmlərinin 99,91%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən müəssisənin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə ümumi nominal dəyəri 259 598 manat olan 129 799 səhm çıxarılıb. Müəssisənin ümumilikdə 79 021 manat öhdəlikləri var.

Bütün xəbərlər