“AzerGold”da azad olunmuş ərazilərdəki yataqların perspektivliyi müzakirə edilib

03.12.2021,14:37


3 dekabr, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ABC.AZ QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, iclasda şirkətin 2021-ci il üzrə gəlirlər və xərclər smetasına dəyişikliklər, “Cəmiyyətin qızıl satışından gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədi ilə hedcinq əməliyyatları üzrə Qaydalar” müzakirə edilərək təsdiq edilib.

Şirkətin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan əlvan metal yataqlarının perspektivliyi ilə bağlı strateji təhlilləri müzakirə edilib. Müəllif: Elmir Murad