Baş nazir qiymət artımı ilə bağlı deputatlara açıqlama verdi

03.12.2021,15:39


3 dekabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı Baş Nazir Əli Əsədov deputatların qiymət artımı ilə bağlı qaldırdığı problemə münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, Ə. Əsədov pandemiyanın istehsal həcmlərinə mənfi təsir göstərdiyini açıqlayıb.

O beynəlxalq təşkilatların qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını bildirdiyini açıqlayıb: "Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.