Yeni “Hostimul” hostinq şirkəti fəaliyyətə başlayıb

14:50 - 19.04.2018


19 fevral, Fineko/abc.az. Azərbaycanda hostinq xidmətlərinin göstərilməsi ilə məşğul olan yeni “Hostimul” şirkəti  fəaliyyətə başlayıb.

Şirkətin direktoru Rəşad Qafarzadə bildirib ki, “Hostimul” həm fərdi şəxslərə, həm də biznes müştərilərə, hosting provayderin beynəlxalq şirkəti qismində, veb hostinq, server və domenlərin əsas təchizatçısıdır.

“Hostimul” hazırda web hostinq sahəsində dünya bazarında rəqabət aparır. Müştərilərimizin sayı daim artmaqdadır, çünki  qısa müddətdə prioritetli davamlı texnologiyalar, əlverişli və cəlbedici  qiymət, həmçinin əməliyyat dəstəyi və xidmətləri müəyyən edilmişdir. Biz həmçinin innovativ marketinq səylərimizi davam etdiririk”, - deyə R.Qafarzadə bildirib.

 

 

Bütün xəbərlər