DİM-in yeni binası istifadəyə verildi - Foto

17:15 - 3.12.2021


3 dekabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, ofis Bakının Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşir.

Dekabrın 6-dan etibarən DİM-də vətəndaşların qəbulu şöbəsi mərkəzin yeni inzibati binasında fəaliyyət göstərəcək. Vətəndaşların qəbulu həftənin I-V günləri saat 9:00-dan 17:00-dək həyata keçiriləcək.

Qeyd edək ki, yeni binanın ünvanı əvvəllər İnqilab küçəsi 17 adlanırdı.


Bütün xəbərlər