Neft bahalanşr, Brent barrel başına $71,35 təşkil edir

10:06 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri bazar ertəsi ticarətində yüksəlir.

Saat 09:25-də London ICE Futures birjasında hərracda Brent neftinin fevral fyuçersi artaraq $1,47 (2,10%) - barrel başına  $71,35 təşkil edib. Dekabrın 3 - də baş tutan hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersi $0,21 (0,30%) - bir barelə $69,88-ə yüksəldi.

Saat 09:25-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin yanvar ayına olan fyuçersi $1,50 (2,26%) yüksələrək bir barelə $67,76  təşkil etdi. Dekabrın 3 - də baş tutan hərracların nəticələrinə görə, yanvar fyuçerslərinin qiyməti $0,24 (0,36%) - barrelə görə $66,24-ə düşüb.

Bloomberg agentliyinin məlumatına görə, "omikron" ştamının  təhlükəsi ilə bağlı narahatlıqların zəifləməsi, bazarda canlanmaya səbəb olur. COVİD-19-un yeni variantının aşkar edildiyi Cənubi Afrika-dan gələn məlumatlarda xəstəxanaya yerləşdirilmənin sayının artımını bildirmir.

Ötən həftə Brent markalı neftin qiyməti 2,4%, WTI nefti - 2,8% ucuzlaşıb.

 

Bütün xəbərlər