Kirayə üsulu ilə satılan mənzillər artır - Fonddan açıqlama

10:50 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 min 385 borcalana 1 milyard 968 milyon 99 min manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 235 milyon 248 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1201 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.