Azad olunmuş ərazilərdə kimlər sahibkar kimi fəaliyyət göstərə biləcək?

11:47 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması bu sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir.

"Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır", - deyə nazir müavini qeyd edib.

Bütün xəbərlər