Bakıda daha iki küçədə və bir prospektdə hərəkət dayandırılacaq

15:22 - 19.04.2018


19 aprel, Fineko/abc.az. Bakıda Nərimanov rayonundakı yollar təmirə bağlanır.

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir ki, saat 22:00-dan etibarən Həsənoğlu və Fətəli xan Xoyski küçələrində yolların nişanlanması ilə əlaqədar yollarda yol hərəkəti qismən məhdudlaşdırılacaq.

“Aprelin 20-də, təmir işləri ilə əlaqədar Sabunçu yol qovşağından Böyük-Şor yol qovşağına qədər (şəhər mərkəzinə doğru) Heydər Əliyev prospektinin bir hissəsində yol hərəkəti məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər