Sabiq nazir həbsdə qaldı - Məhkəmə qərar verdi

14:26 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti uzadılıb.

Səbail Rayon Məhkəməsindən ABC.AZ-a verilən məlumata görə, təxminən 2 həftə öncə məhkəmə tərəfindən sabiq nazir barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və S.Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Səlim Müslümov bu ilin fevralında DTX tərəfindən saxlanılıb.

 

Bütün xəbərlər