İndiyədək ARDNF-ə bu qədər vəsait daxil olub - Fond gəlirləri açıqlayıb

14:55 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 1 dekabr 2021-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən ABC.AZ-a daxil olan məlumata görə, 2001-ci ildən etibarən, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 154 milyard 677 milyon ABŞ dolları təşkil edib.

Fonda AÇG yatağı üzrə 01.01.2021-01.12.2021 dövründə (11 ayda) 5 milyard 272 milyon ABŞ dolları gəlir daxil olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər