Şahdəniz yatağı üzrə indiyədək 4 milyard dollardan çox gəlir əldə edilib

06.12.2021,15:01


6 dekabr, Fineko/abc.az. 2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 397 milyon ABŞ dolları təşkil edib.

ARDNF-dən ABC.AZ-a daxil olan məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2021-01.12.2021 dövründə 730 milyon 707 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 278 milyon 78 min ABŞ dolları olub.

İndiyədək Fond Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə 159 milyard 74 milyon dollar gəlir əldə edib.