Daha bir yolun açılışı olub - Prezident tədbirə qatılıb

15:36 - 6.12.2021


6 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qubada səfərdədir.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

Daha sonra dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər.

 

Bütün xəbərlər