"Araz Vadisi İqtisadi Zonası"nın planı hazırlanıb

06.12.2021,15:48


6 dekabr, Fineko/abc.az. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sosial zonanın təşkilinə başlanacaq Sənaye Parkının ərazisinin yarıdan çoxu minalardan təmizlənib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib.

Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.