Azərbaycan Türkiyədən ən çox silah alan 2-ci ölkədir

06.12.2021,17:11


6 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarının nəticələrinə görə, Türkiyədən ən çox silah, sursat və hərbi texnika alan ölkələr arasında Azərbaycan ikinci yeri tutur.

ABC.AZ-ın məlumatına görə, ilin əvvəlindən bəri Türkiyə müdafiə və aviasiya sənayesi məhsularının ixracatını ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7 faiz artıraraq 2,73 milyard dollara çatıb.

Qeyd edək ki, hazırda Türkiyənin istehsal etdiyi silah və hərbi texnikanın əsas alıcısı 1,32 milyard dollarlıq göstərici ilə ABŞ-dır. İkinci yerdə isə Azərbaycan gəlir.

Belə ki, sözügedən dövrdə ölkəmiz Türkiyədən 192,1 milyon dollarlıq silah alıb.

Müəllif: Elmir Murad