“Koroğlu” stansiyasının əsas çıxışı bağlanır

19.04.2018,16:19


19 aprel, Fineko/abc.az. “Bakı metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir.

QSC-in məlumatında deyilir ki, aprelin 21-dən metronun “Koroğlu” stansiyasının əsas çıxışı (“piramida”) bağlanacaq.

“Stansiyanın çıxışı təmir işləri ilə əlaqədar bağlanır. Stansiyanın bütün digər giriş və çıxışları açıq olacaq”, - məlumatda belə deyilir.

 

 

Açar sözlər: metropoliten