Azərbaycanda yeni BOKT yaradıldı

14:06 - 7.12.2021


7 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti (DVX) “SF AZERBAİJAN” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-ni 300 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.

ABC.AZ İnterfax-a  istinadən xəbər verir ki, BOKT-un qanuni təmsilçisi Fuad Muradovdur. BOKT 2021-ci il sentyabrın 28-də dövlət qeydiyyatına alınıb.

Sentyabrın 9-da DVX tərəfindən “COİL” MMC də qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 2 milyon 904,5 min manatdır. Qanuni təmsilçisi Niyaz Gülaliyevdir.

Sentyabrın 17-də vergi orqanları tərəfindən “ASK TÜTÜN” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 6 milyon 148,675 min manatdır.

Qanuni təmsilçisi Eldar Məmmədovdur.

Bütün xəbərlər