Vergi Xidməti 1 milyon manatlıq tenderə yekun vurdu

07.12.2021,14:27


7 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir müddət əvvəl keçirdiyi tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, Dövlət Xidməti tenderin qalibi olan “İnfinitech” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə “Microsoft proqram təminatı”nın satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 094 391 manatdır.