Azərbaycan filmləri Netflix-də yayımlana bilər - Nazirlikdən açıqlama

07.12.2021,16:46


7 dekabr, Fineko/abc.az. ““Netflix”in öz keyfiyyət nəzarət mexanizmi mövcuddur.

Bu çəkiləcək filmlərin həm texniki, həm də kreativ keyfiyyətini əhatə edir. Ona görə də bu layihələrin dəyərləndirilmələri aparılır”.

ABC.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2021-ci ilin əvvəlində mədəniyyət naziri Anar Kərimovun Türkiyəyə səfəri zamanı mədəniyyətin bir çox sahələrində əməkdaşlıq danışıqları ilə yanaşı, kino sahəsində də görüşlər baş tutub, “Netflix Türkiyə” rəhbərliyi ilə aparılan ilkin danışıqlar da bu görüşlərdən biri olub.

"Hazırda üzərində çalışdığımız bir neçə iddialı layihə var ki, onlar təhvil verildikdən sonra “Netflix” platformasına yerləşdirməyi nəzərdə tutmuşuq. Bu istiqamətdə işlər davam etdirilir”, - məlumatda vurğulanıb