Ardıcıl 5 günü qeyri-iş günüdür

07.12.2021,16:58


7 dekabr, Fineko/abc.az. Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

ABC.AZ xəbər verir ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olacaq.