BƏƏ-də iş saatları azaldıldı - Yeni qərar

10:20 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliyində həftəsonu günləri dəyişdirilib.

ABC.AZ xəbər verir ki, bununla da ölkədə istirahət günlərinin sayı artırılıb. Hökumətin qəbul etdiyi qərara əsasən, bundan sonra işçilər daha az çalışacaq.

Belə ki, 2022-ci il yanvarın 1-dən işçilər dörd gün yarım işləyəcəklər.

Yeni dövrdə iş günləri bazar ertəsindən cümə axşamına kimi saat 07.30-da başlayacaq və 15.30-da başa çatacaq. İş saatları cümə günləri yenidən saat 07.30-da başlayacaq, lakin saat 12:00-da bitəcək. Məmurlar həmçinin cümə günləri evdən işləmək hüququna malik olacaqlar.

BƏƏ iş gününü 5-dən aşağı endirən dünyada ilk ölkə olacaq.

 

Bütün xəbərlər