Yerli büdcələrə maliyyə vəsaitinin verilməsi qaydası dəyişir

10:45 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Azərbaycanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə maliyyə vəsaitinin (büdcə ssudası) verilməsi qaydası dəyişdirilir.

ABC.AZ xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, təklif edilən dəyişikliyin əsas məqsədi kimi büdcə ssudalarının həm sərbəst qalıq vəsaitləri hesabına verilməsi, həm də hüquqi şəxslərin dairəsinin dəqiqləşdirilməsi çıxış edə bilər.

Əvvəlki təhlillərdə qanunvericilikdə nəzərdə tutulmadığı halda, sərbəst qalıq vəsaitlərindən büdcə ssudalarının hüquqi şəxslərə ayrılması hallarının olduğu göstərilib.

 

Bütün xəbərlər