Bütün regionlarda rəqəmsallaşma olacaq - Nazir müavini

11:03 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Bakıda “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumu keçirilib.

ABC.AZ xəbər verir ki, Forumda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bəzi nüanslara toxunaraq qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiya konsepsiyası ona gətirib çıxaracaq ki, bütün regionlarda rəqəmsallaşma olacaq.

“Təmsil etdiyim nazirlik ağıllı texnologiyaları tətbiq etmək istəyir. Fintexləri təşviq etnək üçün startap ekosistemi formalaşdırılmalıdır. Artıq bununla bağlı qanunvericilik bazası hazirlayırıq və tezliklə ictimai müzakirələrə təqdim edəcəyik. Bütün bunların kökündə ABŞ-ın Silkon vadisinin milli analoqu olacaq Abşeron vadisi dayanır”, - deyə o, qeyd edi.

 

Bütün xəbərlər