Alternativ kreditləşmə mənbələrinin yaradılması üçün danışıqlar aparılır

12:20 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda 5-ci Beynəlxalq bank forumu keçirilir.

ABC.AZ xəbər verir ki, forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılması üçün İslam İnkişaf Bankı ilə danışıqlar aparır.

"Bu günədək aldığımız müraciətlərin yarısının maliyyələşdirilməsi təmin olunub. Onu da qeyd edim ki, sahibkarlarımız bank kreditlərinin alınması zamanı problemlərlə üzləşir. Agentliyimiz bu prosesləri nəzərdən keçirir və dünya təcrübəsinə uyğun olaraq biz Azərbaycanda kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılması üçün İslam İnkişaf Bankı ilə danışıqlar aparırıq. Agentliyimiz həm də bu məsələ ilə bağlı ölkənin aparıcı bankları ilə danışıqlar aparır”, – deyə O.Məmmədov bildirib.

 

Bütün xəbərlər