Nazir onlara ev və maşınlar verəcək

14:09 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib.

ABC.AZ xəbər verir ki, eyni zamanda müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib.

Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz S-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.

 

Bütün xəbərlər