Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirilib

19.04.2018,17:06


19 aprel, Fineko/abc.az. Bakı Fond Birjasında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjanın məlumatında deyilir ki, aprelin 19-da AZ2027008682 ISIN-li, 20 milyon manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İstiqrazların hərrac qiyməti 1000 manat, sifarişlərin ümumi nominal dəyəri 23 milyon manat təşkil etmişdir. İstiqrazların ödəmə taxiri 19 aprel 2040-cı ilə müəyyən edilib.