“YAŞAT” Fondu xərclənən və balansında olan vəsaitin məbləğini açıqladı

14:49 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. Hazırda “YAŞAT” Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var.

ABC.AZ-ın məlumatına görə, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov bildirib.

O qeyd edib ki, artıq 49 milyondan çox vəsait 4 fəaliyyət istiqamət üzrə xərclənib.

“Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57  təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə: 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə isə  11 128 461.65 AZN vəsait xərclənib”, - Elvin Hüseynov deyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər