"Fitch" beynəlxalq reytinq agentliyi valyutalarla bağlı proqnozlarını təzələyib

17:31 - 8.12.2021


8 dekabr, Fineko/abc.az. "Fitch" beynəlxalq reytinq agentliyi əsas valyuta cütləri ilə bağlı gözləntilərinə yenidən baxıb.

ABC.AZ xəbər verir ki, "Fitch"in analitiklərinin fikrincə, bu ilin sonunda Yaponiya milli valyutasının məzənnəsi bir dollar üçün 114 yen civarında, gələn il 116 yen, 2023-cü ildə isə 110 yen (sentyabrda bu proqnozlar müvafiq olaraq 110 yen, 109 yen və 105 yen olub). 2020-ci ildə bir dollar 103,6 yenaya bərabər idi.

Çin valyutasının məzənnəsinin bu ilin sonunda bir dollar üçün 6,4 yuan, yaxın iki ildə isə 6,7 yuan olacağı gözlənilir. Ötən il bu göstərici 6,54 yuana bərabər idi.

Agentliyin analitikləri 2021-2023-cü illər üzrə funt sterlinq üçün təxminləri yenidən nəzərdən keçirərək əvvəllər nəzərdə tutulan 1,38 dollardan 1,35 dollara qədər korrektə ediblər. Ötən il Britaniya milli valyutası orta hesabla 1,34 dollar dəyərində idi.

 

Bütün xəbərlər