Neft bahalaşır, Brent barrel başına $76,20 təşkil edir

09.12.2021,09:36


9 dekabr, Fineko/abc.az. Cümə axşamı ABŞ Enerji Nazirliyinin ölkədəki neft ehtiyatlarının azaldılması ilə bağlı məlumatlar fonunda,  etalon markaların qiymətləri artmaqdadır.

Saat 8:45-də London ICE Futures birjasında baş tutan ticarətdə Brent neftinin fevral fyuçersləri $0,38 (0,50%) - barel başına $76,20-ə yüksəldi. Dekabrın 8 - də baş tutan hərracların nəticələrinə görə, fevral ayı üçün Brent neftinin fyuçers qiyməti $0,38 (0,50%) - barrel başına $75,82-ə qədər artıb.

Saat 8:45-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin yanvar fyuçersi $0,52 (0,72%) - barel başına $72,88 səviyyəsinə yüksəldi. Dekabrın 8 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin yanvar fyuçersi $0,31 (0,43%) artaraq barel başına $72,36-a çatıb.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 241 min barrel azalaraq 432,87 mln. barelə düşüb. Benzinin əmtəə ehtiyatları 3,88 milyon barel artıb və 219,3 milyon barel təşkil edib. Distillatların kommersiya ehtiyatları 2,73 milyon barel, 126,61 milyon barelə qədər artıb.