Dubay-Bakı aviaresylərinin sayı artırıla bilər

10:50 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslər həyata keçirilir.

AZAL-dan ABC.AZ-a daxil olan məlumata görə, yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması nəzərdə tutulur.

Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.

"Dubay “Azərbaycan Hava Yolları” aviaşirkətinin marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səyahət edir. Körfəz ölkələrindən gələn turistlərin də Azərbaycana böyük marağı var, onların bir çoxu Dubayın beynəlxalq hava limanları vasitəsilə tranzitlə Bakıya səyahət edir" deyə məlumatda qeyd edilib.

 

Bütün xəbərlər