Bu şirkətlərin işçiləri Şuşada minaya düşdülər - Cinayət işi açıldı

14:42 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs minaya düşüb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, faktla bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma  ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı  1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı Baş Prokurorluqda  cinayət işi başlanıb.

Bütün xəbərlər