Azad olunmuş hansı şəhərlərdə məktəb tikiləcək? - Nazirdən açıqlama

16:53 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir:

"Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".

 

Bütün xəbərlər