bp Şahdənizdəki payını artırır - Yeni razılıq əldə olunub

17:31 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz yatağındakı iştirak payını artırır.

Şirkətdən ABC.AZ-a verilən məlumata görə, bu, PETRONAS şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı bp-nin öz üstünlük hüququndan istifadə etmək haqqında Şahdəniz layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

bp özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib.

Bu məbləğ  PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb.

Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.

 

Bütün xəbərlər