Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8 % artıb

12:02 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 % artıb, daxilolmalar üzrə proqnoz 309,6 milyon manat artıq icra olunub.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki,  qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % artaraq 2 milyard 193,8 milyon manat olub, proqnoz 13,1 % icra edilib.

 

Bütün xəbərlər